Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2017
16:03
Binəqədi şosesinin asfatlanmasına başlanılıb - FOTO

Binəqədi şosesində aparılan yenidənqurma işlərinin 2-ci mərhələsinə start verilib.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, hazırda yolun asfaltlanması işləri aparılır.

Yenidən qurulan yolun uzunluğu 2,6 km təşkil edir. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayrıcı zolaq da olmaqla yolun ümumi eni 19 metrdir.

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər bir tərəfdə 1,5 metr enində yeni piyada səkiləri inşa olunur, kənarlarına isə 4 600 paqon-metr yeni səki daşları düzülür.

Aparılan yenidənqurma işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt çıxarılaraq əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol əsası inşa olunub. Hazır olan hissələrə isə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə yolun 40 min kvadratmetrdən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.

Bundan başqa, avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 6 yerdə “cib”li dayanacaqlar tikiləcək, avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, yolun hər bir tərəfində yeni işıq dirəkləri, hərəkətin normal təşkili üçün isə zəruri olan yerlərdə isə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin yolun xətlənməsi işləri də aparılacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : BİNƏQƏDİ YOLU 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 23:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com