Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2017
14:10
Azərbaycan corab istehsal edəcək

Azərbaycanın Pirallahı rayonunda corab istehsalı üzrə müəssisə yaradılması nəzərdə tutulub. Belə ki, FaktXəbər-in Nazirliyə istinadən verdiyi məlumata görə, Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Pirallahı rayonunda prioritet sahəhələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Məlumata görə, Fond tərəfindən keçirilmiş işgüzar forum nəticəsində sahibkarlar tərəfindən startapların maliyyələşdirilməsi, eləcə də zeytun və badam təsərrüfatlarının, corab istehsalı müəssisəslərinin və plastik və polietilən qablaşdırmanın təkrar emalı üzrə müəssisələrin yaradılması üzrə investisiya layihələri üzrə təkliflərin qəbul edilməsi məqsədəuyğun hesab olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : corab Pirallahı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 12:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com