Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Noyabr

2017
10:22
795
SOCAR-ın baş ofisi 414 mln. dollara başa gəlib

SOCAR-ın yeni inzibati binasının ("SOCAR Tower") tikintisinə çəkilən xərcin məbləği açıqlanıb.

Layihənin podratçısı olan "Tekfen" şirkəti bildirir ki, binanın tikintisi 414 mln. 237,659 min dollara başa gəlib.

2017-ci ilin sentyabrın 15-nə "SOCAR Tower"də işlərin 99,2%-i başa çatıb. "Tekfen" bildirir ki, hazırda binada 3 mln. 286,310 min manat məbləğində dəyərləndirilən iş qalıb.

"SOCAR Tower" Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "Külək-alov" konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən 5 il ərzində ərsəyə gəlib. "SOCAR Tower" beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.

Məqalədə : SOCAR Tower 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru