Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

04 Noyabr

2017
21:20
855
Baş Prokurorluq ayı ovlayalara cinayət işi açdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Şahdag Milli Parkının Quba rayonu ərazisində yerləşən hissəsində qanunsuz olaraq qonur ayının ovlanması ilə bağlı Baş Prokurorluğa daxil olmuş material araşdırılıb.

Baş Prokurorluqdan FaktXəbər-ə  verilən məlumata görə, araşdırmalarla oktyabrın 28-də Şahdag Milli Parkının Quba rayonu ərazisində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 3-3,5 yaşında bir baş qonur ayının qanunsuz olaraq ovlanması və bununla da təbiətə 1200 manat məbləğində ziyan vurulması müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 258.3.2-ci (qanunsuz ov etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması aidiyyəti üzrə Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda cinayəti törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə : ovçu ayı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru