Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

04 Noyabr

2017
10:51
1245
Azarkeşi ayaqla vuran məşhur futbolçu klubdan qovuldu - VİDEO

Fransanın “Marsel” klubunun müdafiəçisi Patris Evra azarkeşi vurduğuna görə komandadan kənarlaşdırılıb. Bu barədə klubun rəsmi saytı məlumat verib.

“Klubun prezidenti Jak-Anri Eyro futbolçu ilə görüşərək onun komandadan kənarlaşdırıldığını elan edib. Həmçinin onun inzibati qaydada cəzalandırılması mümkündür”, məlumatda qeyd olunub.

Avropa Liqasının qrup mərhələsində Portuqaliyanın “Vitoriya” klubu ilə matçdan əvvəl 36 yaşlı futbolçu öz komandasının azarkeşləri ilə mübahisə edib. Nəticədə Evra azarkeşlərdən birinin başına ayaqla zərbə endirib. Oyunun hakimi Evraya matç başlamamış qırmızı vərəqə göstərib.

Məqalədə : Evra 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru