Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 Noyabr

2017
10:24
1074
Qurban Qurbanov Azərbaycan milli komandasının baş məşqçisi təyin olundu - RƏSMİ

Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. FaktXəbər-in məlumatına görə, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında qərar verilib. 45 yaşlı mütəxəssis "Qarabağ"ın baş məşqçisi postunda da işini davam etdirəcək.

”Qarabağ FK”nın mətbuat xidmətindən verilən məlumata görə, Qurban Qurbanov bir neçə şərtin müqabilində millimizdə işləməyə razı olub. 

“Bu şərtlərdən biri də Azərbaycanın əsas və aşağı yaş milli komandalarına nəzarətin şəxsən özünə verilməsi olub”,-deyə bildirilib.

Bu gün səhər Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

AFFA-dan verilən məlumata görə, gündəlikdəki ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi olub. 

Aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Xatırladaq ki, AFFA Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə müqaviləni uzatmayıb.

Millimiz R.Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhəlisini 10 xalla 5-ci pillədə başa vurub.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"a rəhbərlik edir. 

Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. FaktXəbər-in məlumatına görə, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında qərar verilib. 45 yaşlı mütəxəssis "Qarabağ"ın baş məşqçisi postunda da işini davam etdirəcək.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"a rəhbərlik edir. O, yığmanın sükanı arxasında xorvatiyalı Robert Prosineçkini əvəzləyib.

Məqalədə : Qurban Qurbanov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru