Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Noyabr

2017
16:52
Nümayəndəlik institutunun ləğvi tələsik atılmış addımdır

“Nümayəndəlik institutunun ləğvi ədalətin bərpa edilməsi prosesinə heç də pozitiv təsir göstərməyəcək. Bu tələsik atılmış bir addımdır. Çünki adambaşına düşən vəkillərin sayına görə Azərbaycan Avropa ölkələri arasında ən aşağı yerdədir. Belə olan halda nümayəndəlik institutu insanların hüquqi yardımla təmin edilməsinə imkan verir”.

Bunu  Modern.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev deyib.

O bildirib ki, Azərbaycanda il ərzində inzibati və mülki işlərin sayı 300 mini keçir. 

“Hətta bəzi hallarda daha çox olur. Belə olan halda necə keyfiyyətli hüquqi yardım göstərmək olacaq? Azərbaycanda vəkillərin sayı buna imkan verəcəkmi? Nümayəndəlik institutunun ləğvi insanların hüquqi yardımla təmin olunmasına mane olacaq. Həmçinin, hüquqi yardımla bağlı monopoliyanın yaranmasına gətirib çıxaracaq. Bizdə Vəkillər Kollegiyası vətəndaşı bir vəkillə təmin edə bilər. Vəkillər Kollegiyasının özü də monopollaşdırılmış institutdur. Əgər nümayəndəlik institutunun ləğv edilməsində hüquqi yardımdan söhbət gedirdisə, heç olmasa hüquqşünaslar üçün imkanlar yaradılmalıydı. Məhkəmələrdə nümayəndəlik institutunun olması vacibdir. Çünki elə məsələlər var ki, kimya və digər sahələr üzrə mütəxəssis mənim nümayəndəm ola bilər. Nümayəndəlik institutunun ləğvi bir növ iradə azadlığına qarşıdır. Belə olmaz axı. Ümid edirəm ki,  “Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna edilmiş dəyişikliklər yenidən müzakirəyə çıxarılacaq. Yəqin ki, cənab prezident də bu məsələlərə diqqət yetirəcək. Qanuna başqa bir formatda dəyişikliklər edilməsinin şahidi olacağıq”.

Hüquqşünas qeyd edib ki, nümayəndəlik institutunun ləğvi bir çox insanların iş yerlərini itirməsinə gətirib çıxaracaq.

“Məsələnin nə hüquqi, nə iqtisadi, nə də mövcud vəziyyətlə bağlı tərəfi öyrənilməyib. Bu qanunvericilik təşəbbüsü ilə çıxış edən subyekt araşdırma apardı ki, nümayəndəlik institutunun ləğvi hansı nəticələrə yol açacaq? Onların bununla bağlı araşdırmaları, sorğuları varmı? Yoxdur! Nümayəndəlik institutunun çox önəmlidir”.

 Ə.Nuriyev bildirib ki, Azərbaycanda cəmi 934 vəkil var. 

“Regionlardakı vəkillərin sayı isə 250-dən bir az artıq ola bilər. Hətta bəzi rayonlarda vəkil yoxdur. Nümayəndəlik institutunun ləğv edilməsilə insanların xərcləri bir az da artacaq. Həmçinin, Azərbaycanda pulsuz hüquqi yardımla bağlı qanun yoxdur. Əgər yenidən bu qanuna baxılmazsa, biz onun xoş olmayan nəticələrini görəcəyik”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
250

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
197

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
278

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
292

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
247

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
533
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 04:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru