Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Noyabr

2017
14:41
10488
`Qoca` əməliyyatını uğurlu hesab etmək olarmı? Ekspertdən münasibət

Bir neçə gündür ki, məhbusların həbsdən qaçması xəbəri gündəmdən düşmür. Dünən  isə hüquqmühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı həbsdən qaçan kriminal avtoritet «Qoca» ləqəbli Etibar Məmmədov və köməkçisi İlqar Əzimov öldürülüb. Bundan başqa daha iki nəfər də yaralanıb.

Bəs görəsən iki nəfərin ölümü ilə nəticələnən əməliyyatı nə dərəcədə uğurlu hesab etmək olar? FaktXeber.com məsələ ilə əlaqədar Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyevdən münasibət öyrənib.

Ekspert bildirdi ki, istər keçmişdə, istər indi hər hansı bir cinayətkarın ələ keçirilməsi vaxtı öldürməyə ən son məqamda əl atılır: «Həmişə çalışılır ki, qanun pozucu ələ keçirilsin, istintaq aparılsın, cəzasını qanun çərçivəsində, məhkəmə qaydasında alsın. Öldürülməyə isə az-az hallarda rast gəlinir».

Bununla belə sabiq polis əməkdaşı bu baş verənlərə təəccübünü ifadə edib: «Qaradağ rayonu ərazisi sərhəd deyil ki, bir an gözdən qaçsa başqa dövlətin ərazisində olsun… Bundan başqa yanında 20-30 nəfər silahlı dəstə də olmayıb».

O, bildirib ki, dünya praktikasında adətən qaçan məhbusun sağ tutulmasına çalışılır: «Çünki burda obyektiv, subyektiv məqamlar var. Vaqonda gedəndə necə qaçıb, hardan qaçıb, kim kömək edib, hansı şəraitdə qaçıb, gələcəkdə həmin şəraitlərin aradan qaldırılması yönündə hansı tədbirləri görmək lazımdır və sair.» 

Bəs hüquqmühafizəçilər tərəfindən məhbusların vurulması qeyri-rəsmi şəkildə  kimlərəsə göz dağı ola bilərmi ki, yəni analoji əmələ əl atsanız sizləri də eyni aqibət gözləyir?

Hüquq mərkəzinin eksperti belə hesab etmədiyini bildirdi: «Kriminal aləmdəkilər belə şeylərdən qorxsaydılar,  öz əməllərini yerə qoyardılar. Zaman-zaman nə qədər ki, insan məxluqu, cəmiyyət var, cinayət də var.Cəmiyyətdə cinayət olduğu yerdə kriminal aləm də var, kriminal avtoritet, «qanuni oğrular» da var. Belə hadisədən sonra onların qorxaraq geri çəkilmələri, fəaliyyətlərinə nöqtə qoymaqları inandırıcı deyil». 

Xatırladaq ki, Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə "Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub. Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov olub.

E.Məmmədov atışmada yaralanıb və ölüb. Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, "Qoca"nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş. Bəyəlizadənin "Qoca" ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru