Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Noyabr

2017
14:46
2493
Azərbaycan həbsxanalarında yeni cəza tətbiq olunacaq

Cinayət Məcəlləsinin 49-cu maddəsinə (İslah işləri) yeni cəza növü — azadlığın məhdudlaşdırılması əlavə edilib. Dəyişikliyə görə, 49.3-cü maddənin birinci cümləsində "hissəsini" sözündən sonra "azadlığın məhdudlaşdırılması və ya" sözləri əlavə edilib.

Təklif olunan mətndə deyilir ki, islah işlərinə məhkum olunmuş şəxs, həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər.

Mövcud mətndə isə deyilir ki, islah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər.

Digər dəyişikliyə görə, 49.3-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilib: "Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır".

Mövcud variantda isə deyilir ki, bu zaman müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən edilərkən məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.

Digər bir dəyişikliklə aşağıdakı məzmunda 49.4-cü maddə əlavə edilib: "İslah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin edilmir".

Qeyd edək ki, dəyişiklik oktyabrın 20-də parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Məqalədə : həbsxana 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru