Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Noyabr

2017
09:00
1560
Azərbaycan prezidenti İlham Əliyev İran ali lideri Seyid Əli Xamenei ilə görüşüb

Faktxəbər-in verdiyi məlumata görə, Tehranda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.

Azərbaycan Prezidenti İlham Əliyev İranın ali rəhbəri Seyid Əli Xamenei ilə görüşünü məmnunluqla xatırlayıb. İlham Əliyev görüş zamanı bildirib ki, Azərbaycan və İran yaxın dost və qonşu ölkələrdir.

Son illər Azərbaycan-İran əlaqələrinin çox yaxşı inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev bildirdi ki, iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlər yüksək səviyyədədir, Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində bir-birini fəal dəstəkləyir.

Ayətullah Xamenei iki ölkə arasında əməkdaşlığın qardaşlıq və dostluq müstəvisində olduğunu bildirərək, "Bəziləri bu münasibətlərə qarşı müxalifdir və gərək bu vəsvəsələr bizim əməkdaşlığımıza mane olmasın", -deyə qeyd edib.

Azərbaycan, İran və İraq əhalisinin əksəriyyətinin Əhli-beyt (ə) davamçıları olduğunu xatırladan Ayətullah Xamenei bunun qədrini bilməyi tapşıraraq bu il Azərbaycanda daha da geniş keçirilən Məhərrəm mərasimlərinin Azərbaycan xalqının ruhiyyəsini və kimliyini daha da gücləndirəcəyini bildirib. Keçən illərə nisbətən Məhərrəm mərasimlərinin bu il daha da geniş keçirməsini Azərbaycan xalqının nə qədər imanlı olmasını göstərdiyini deyən Ayətullah Xamenei 70 il davam edən marksizm ideyasının bu imanı aradan apara bilmədiyini sözlərinə əlavə edib.

İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. Qarşılıqlı ticarət dövriyyəsinin həcminin daha da artırılmasının vacibliyini qeyd edən Ayətullah Xamenei prezident İlham Əliyevə fəaliyyətində uğurlar diləyib və Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Məqalədə : Əliyev Xamenei 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru