Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2017
15:27
6184
Xaçmazda 62 yaşlı məktəb direktoru 12 yaşlı şagirdə qarşı əxlaqsızlıq etdi

Azərbaycan məktəbində daha bir seksual zəmində cinayət hadisəsi baş verib. Bakıdakı 12 saylı xüsusi internat məktəbinin direktorunun müəlliməyə intim təklifi ilə bağlı qalmaqal səngiməmiş bu dəfə Xaçmaz rayonunun Arzu kəndində direktorun 12 yaşlı şagirdə qarşı seksual hərəkətlərə yol verdiyi üz çıxıb. Bu haqda istipress.com saytı bildirir.

Məlumata görə Arzu kənd məktəbinin direktoru 62 yaşlı Gülfəz Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb. Hadisədən xəbər tutan kənd sakinləri məktəbin qarşısına toplaşıb, direktorun cəzalandırılmasını, kənddən qovulmasını tələb edib. Məlumata görə kənddə bu gün də gərginlik davam edir, valideyinlər məktəbin qarşısına toplaşıb.

Xaçmaz İcra başçısının Hacıəlibəy İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi xəbəri təsdiqləyib. “Bəli, belə hadisə olub. Həmin məktəbli hadisəni evdə valideyinlərinə danışıb. Direktor isə deyilənləri təsdiqləmir. Dünən kənd sakinləri toplanaraq direktorun işdən azad edilməsini tələb ediblər. Hadisə ilə bağlı polis və Xaçmaz rayon Təhsil Şöbəsinə məlumat verilib”, -adının açıqlanmasını istəməyən icra nümayəndəsi virtualaz.org saytına deyib.

İcra nümayəndəsinin sözlərinə görə, şagirdin 12 yaşı var. O, baş verənləri valideynlərinə danışandan sonra kənd sakinləri məsələdən xəbər tutublar. “Direktor Arzu kənd sakini deyil. Hazırda baş verənlərlə bağlı araşdırma aparılır”-o deyib.

Xaçmaz rayon Təhsil Şöbəsindən də məlumatı təsdiq ediblər, araşdırma aparıldığını bildiriblər.

Hadisə ilə bağlı Xaçmaz polisindən şərh almaq mümkün olmayıb.

Məqalədə : məktəb direktoru 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
532

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
386

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
408

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
447

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
478

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
453

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1050

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
847
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 02:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru