Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

“Qarabağ” klubu növbəti tarixi uğuru ilə futbol ictimayyətini, bütün Azərbaycan xalqını sevindirdi.
Futbolçularımız Madridin “Atiletiko” komandası ilə cavab görüşündə yüksək səviyyəli oyun nümayiş etdirərək, son 35 dəqiqəsini azlıqda qalmalarına baxmayaraq, əzmkarlıqla qələbəyə bərabər heç-heçəyə nail oldular.
Hamının “Qarabağ”ın qələbəyə bərabər heç-heçəsindən danışdığı bir vaxtda,nə yazıq ki, bu uğura kölgə salmağa cəhd edənlər də var. Sosial şəbəkələrdə “oyun alınıb” kimi əsassız iddialar gözə dəyir... Guya, “Atletiko” əvvəlcədən “Qarabağ”la heç-heçəyə razılaşıbmış... Bu çirkin iddiada bulunanlar “Qarabağ”ın Bakıdakı qolsuz heç-heçəsindən sonra da gözə dəyirdilər...
Sosial şəbəkələrdə ürək bulandıran bu kimi statuslar qıcıq doğurmaya bilmir. Onları sanki “Qarabağ”ın uğurunu həzm edə bilməyən ermənilər yazır...
Məsələ ilə bağlı Modern.az-a danışan millət vəkili Aqil Abbas deyib ki, “Qarabağ” klubu qarğışla yaranmayıb ki, qarğışla da dağılsın.
“Qarabağın qələbəsi haqqında ağlına gələni yazanların çoxunun futboldan xəbəri yoxdur. Heç bir komanda belə bir çempionatda, xüsusilə də kubok almaq istədiyi çempionatda saxta oyun oynaya bilməz. “Atletiko” nə qədər çalışsa da, “Qarabağ”a qol vura bilmədi, əgər saxtakarlıq olsaydı, zəif oynayardılar. 45 dəqiqə “Qarabağ”ın qapısına qol vurmaq üçün özlərini öldürdülər. Bu oyunda saxtakarlıq etmək mümkün deyil, bütün dünya oyunu izləyirdi. Əgər “Atletiko” “Qarabağ”a qalib gəlsəydi, iki milyon avro pul qazanacaqdı. “Qarabağ” ona nə qədər pul verə bilərdi ki? Bütün bu səslədirilən fikirlər əsassızdır. Normal ağlı, düşüncəsi olan hər bir azərbaycanlı, türk bu qələbəyə sevinir. “Qarabağ”ın qələbəsinə qısqanclıqla yanaşanlar bəlkə ermənidir, Azərbaycana düşmən olan biridir. Qanında qarışıqlıq olan insanlar bu qələbəyə kölgə salmağa çalışacaqlar”.
Millət vəkili deyib ki, “Qarabağ” axıra qədər döyüşdü.
“İlk dəfədir ki, “Qarabağ” dünyanın ən güclü komandaları ilə oynayır. Buna sevinmək lazımdır, qısqanclıqla yanaşmaq yox. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış 32 komandadan təxminən 25-i hər dəfə ora çıxan klublardır. “Qarabağ” gedib divlərlə vuruşur. Hər oyunda futbolçularımız daha da püxtələşir, qorxuları azalır, əsəb azalır. “Qarabağ” 40 dəqiqə ərzində “Atletiko” kimi komanda ilə 10 nəfərlə mübarizə apardı. Bütün bunlara kölgə salan insanları adam sayıb, cavab vermək lazım deyil”.

“ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb
09
Dekabr
Müdafiə Nazirliyindən Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri barədə açıqlama
09
Dekabr
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni səlahiyyət verilir
09
Dekabr
Azərbaycanda "Vertolyotların əsaslı təmiri və servisi mərkəzi"nin təməli qoyulub
09
Dekabr
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
09
Dekabr- 09-12-2019 16:35 Azərbaycanlı futbolçu Moskva "Spartak"ını tərk edir
- 09-12-2019 14:09 Maradona sirk ustasıdır: yıxılır, ağlayır, amma qalib gəlir - VİDEO
- 07-12-2019 16:58 Azərbaycan gimnastı Tokioda qızıl medal qazanıb
- 07-12-2019 15:55 Mustafa Dənizli “Traktor”dan ayrılıb
- 07-12-2019 14:26 Azərbaycanlı cüdoçular donmaqdan son anda xilas edildilər
- 07-12-2019 08:42 AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlanıb
- 06-12-2019 16:55 Hacı Əliyev növbəti Avropa çempionatında iştirak etməyəcək
- 06-12-2019 14:11 Azərbaycanın FİFA hakimləri müəyyənləşib
- 04-12-2019 19:56 Azərbaycan kubokunda 1/4 finalın cütləri müəyyənləşib
- 04-12-2019 09:12 Messidən Ronaldu barədə xoş sözlər
- 03-12-2019 08:29 Messi 6-cı dəfə "Qızıl top"u qazandı
- 02-12-2019 12:41 Sarri "Qızıl top"u Ronaldonun qazanmasını istəyir
- 30-11-2019 11:05 Azərbaycan futbolunda biabırçı qapıçı səhvi - VİDEO
- 30-11-2019 08:54 Bu gün AVRO-2020-nin əsas mərhələsinin püşkatması olacaq
- 29-11-2019 14:24 "Arsenal"ın baş məşqçisi qovuldu
- 29-11-2019 07:52 "Qarabağ" qrupda qaldı
- 28-11-2019 14:08 Azərbaycan millisi FİFA reytinqində 3 pillə geriləyib
- 28-11-2019 11:28 Lionel Messi dünyanın ən yaxşı pleymeykeri seçilib
- 28-11-2019 09:03 "Qarabağ" bu gün çətin sınaq qarşısındadır
- 28-11-2019 08:26 "Barselona" və "Leypsiq" 1/8 finala yüksəlib - VİDEO
- 27-11-2019 09:06 "Real Madrid" , "Tottenhem" və "Mançester Siti" 1/8 finala yüksəlib
- 26-11-2019 13:53 AFFA "Qarabağ"ı 2400 manat cərimələyib
- 26-11-2019 10:51 Məşhur döyüşçünün itkin düşmüş qızının cəsədinin qalıqları tapılıb
- 26-11-2019 08:32 Çempionlar Liqası: "Qalatasaray" "Brügge" ilə qarşılaşacaq
- 25-11-2019 15:06 Azərbaycan kubokunun başlama vaxtı dəqiqləşib