Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 Noyabr

2017
12:35
603
Avropa siyasi həyatında baş verəcək tədbirlər Azərbaycana təsir edəcək

"Bu ayın sonuna kimi Avropa Şurası ilə Azərbaycan arasında problemlərin həllinə dair böyük gözləntilər var".

Bunu sözləri APA-ya açıqlamasında Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Harnyeş deyib.

Onun sözlərinə görə, AŞ ilə Azərbaycan arasında problemin səbəbi Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından birinin icra edilməməsidir: "Bu, əslində hüquqi məsələdir, lakin siyasi mahiyyəti var. Bununla belə, görürük ki, Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq gündəlik həyatda çox intensivdir. Həmişəki kimi işlərimizi davam etdiririk. Bu siyasi gərginlik bizim gündəlik işlərimizə təsir etmir.

Avropa siyasi həyatında bu ay bir çox tədbirlər olacaq ki, bunlar da Azərbaycana və "Şərq tərəfdaşlığı" ölkələrinə böyük təsir göstərəcək. Hansı konkret addımların atılacağını isə demək indidən çox çətindir. Lakin dəqiq olan odur ki, bu çətinliklərin tez bir zamanda öhdəsindən gəlmək hamının marağındadır".

Məqalədə : AŞPA 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru