Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2017
09:52
1723
Daşkənddə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

Cari ilin noyabr ayının 3-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində MDB Hökumət Başçıları Şurasının (MDB HBŞ) iclası keçiriləcək. İclasda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistanın baş nazirləri iştirak edəcəklər.

Azərbaycan və Türkmənistan görüşdə baş nazirin müavinləri, Moldova isə MDB-nin nizamnamə və digər orqanları yanında səlahiyyətli nümayəndə səviyyəsində təmsil olunacaq.

Özbəkistan prezidenti Şövkət Mirziyev iştirakçı dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərini qəbul edəcək.

Görüşdə 18 sənəd layihəsi müzakirə olunacaq, həmçinin növbəti görüşün keçiriləcəyi tarix razılaşdırılacaq.

Məqalədə : MDB 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-04-2018 00:56

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status