Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2017
16:41
1702
Günahımız varsa, bütün əmlaklarım qurbandır - Vidadi Zeynalov

Bu gün Bakı Apellyasiya Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirlənsirilən Anar Mustafayevin vəkili Gülşən Salmanova çıxış edərək müvəkkilinə bəraət istəyib. Anar Mustafayev də vəkilinin çıxışı ilə razı olduğunu deyib.

Daha sonra B.Hüseynovun vəkili çıxış edib. O, müvəkkili barəsində olan cinayət işində kobud qayda pozuntuları olduğunu iddia edib, B.Hüseynovun ailə üzvlərinin, həmçinin qohumlarının əmlakların üzərinə qoyulmuş həbslərdən danışıb. Sonda vəkil B.Hüseynova bəraət tələb edib.

İclasda hakim təqsirləndirilən şəxslərdən dəymiş ümumi zərərdən ödəniş edilib-edilmədiyini soruşub.

Bu zaman V.Zeynalov hakimin təklifinə bu cür münasibət bidlirib: "Əgər günahımız varsa, mənim bütün əmlaklarım qurbandır. Bizə demirlər ki, nə qədər pul qalıb. Bakı Ağır Cinayətlər Məhkəməsində dedilər ki, "sənin zərərin 7 milyondur". Qohum-əqraba da əmlaklarımı satıb, zərəri ödədilər. İndi dəqiq rəqəm desinlər, mən əmlaklarımı verim. Oğlum avaralanmasın deyə Qəbələdə göl götürmüşük, yanında da balıqçısı".

Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib.

Məqalədə : Vidadi Zeynalov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2018 15:28

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru