Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 Oktyabr

2017
14:04
951
Əmək Məcəlləsi dəyişdirildi

Əmək Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Faktxeber.com-un məlumatına görə, qanunun 4-cü maddəsinə ( Bu Məcəllənin tətbiq edildiyi işyerləri ) maddəsinə təklif olunan dəyişiklikdə göstərilib ki, Azərbaycan qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. 

Həmçinin 65-ci maddəyə (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) edilən dəyişikliyə görə, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 

Sənəd səsə qoyularaq qəbul edilib.

Məqalədə : Əmək məcəlləsi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru