Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 Oktyabr

2017
12:24
591
`Zirə`nin 5 futbolçusu `Neftçi`yə qarşı oynamayacaq

"Zirə" komandası Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi" ilə keçirəcəyi oyuna futbolçu itkiləri ilə çıxacaq.

Bir müddətdir zədəli olan Anar Nəzirov və Orxan Əliyevdən əlavə, Qabriel Matey, Milan Duriç və Nicat Qurbanov da qarşıdakı görüşü buraxacaqlar.

Matey "Qəbələ" ilə X tur matçından əvvəl məşqdə, Duriç görüş zamanı zədələnib. Qurbanovun isə soyuqdəyməsi var.

Əvəzində Yusif Nəbiyev və Murad Səttarlı məşqlərə başlayıb. Şans veriləcəyi təqdirdə, onların "Neftçi"yə qarşı oynayacaqları gözlənilir.

Qeyd edək ki, noyabrın 5-də Zirə İdman Kompleksində təşkil olunacaq qarşılaşma saat 17:00-da başlanacaq. Hazırda "Zirə" 21 xalla 2-ci, son 4 oyundan qalib ayrılan "Neftçi" isə 13 xalla 4-cüdür. 

Məqalədə : Zirə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru