Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2017
11:35
2760
Kürdüstan təslim oldu

FaktXeber.com-un Türkiyə saytlarına istinadla verdiyiməlumata görə, Peşmərgənin nəzarətindəki İbrahim Xəlil sərhəd məntəqəsi İraq rəhbərliyinə təslim edilir. Təhvil-təslim mərasimində İraq Baş Qərargah rəisi  Osman  Qanimi və II Ordu komandanı da iştirak edir.

Xatırladaq ki, Kürdüstan Demokratik Partiyasının (KDP) Rusiya üzrə nümayəndəsi Hoşavi Babakr bir neçə gün öncə İraq ordusu və "Həşdi Şabi" xalq könüllülərinin keçirdiyi əməliyyatlar zamanı Kürd Regional Birliyinin 30% ərazilərə nəzarəti itirdiyini bildirmişdi.

O, əlavə edib ki, İraq ordusu ilə "Peşmərgə" silahlıları arasında qarşıdurma hələ davam edir: "Münaqişə hazırda davam edir. Demək olar ki, cəbhə xəttinin hər yerində qarşıdurma gedir. Nəticə nə olacaq, bilmirəm. İraq ordusu və "Həşdi Şabi" birləşməsi müdaxiləsindən sonra Kürd Regional Birliyi referenduma qədər sahib olduğu ərazilərin 30%-nə nəzarəti itirib. Cəbhə xəttində İran rəsmiləri və Hizbullah döyüşçüləri də var. İran Suriyada Dəməşq rəhbərliyinə göstərdiyi eyni mövqeyi təkrar edir".

Məqalədə : Kürdüstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2018 12:38

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status