Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 Oktyabr

2017
10:41
714
Hüquqşünaslar yeni layihəyə etiraz edirlər

Bir qrup hüquqşünasın iştirakı ilə Vəkillik Fəaliyyəti haqqında Qanuna dəyişikliklə bağlı Milli Məclisə təklif edilən layihəyə görə dəyirmi masa keçirilib.

Tədbirdə Milli Məclisin plenar iclasında baxılacaq Mülki Prosessual Məcəlləsinə, İnzibati Prosessual Məcəlləsinə, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihələr müzakirə olunub.

Dəyirmi masada çıxış edən, əhaliyə hüquqi yardım və hüquqi xidmətlə məşğul olan hüquqşünaslar həyata keçiriləcək dəyişikliklərin Azərbaycanın imicinə zərər vuracağından və hüquqi müdafiə sahəsində xaos yaranmasından narahatlıqlarını bildiriblər.

Hüquqşünas Nicat Gözəlov bildirib ki, bu addım vətəndaşların hüquqi yardım almaq imkanlarını məhdudlaşdıracaq. O bildirib ki, 2000-ə yaxın gənc hüquqşünasımız müvafiq qaydada qeydiyyatdan keçərək vətəndaşlara hüquqi yardım göstərir və bir çox hallarda bu yardımlar ödənişsiz əsaslarla həyata keçirilir. Onun fikrincə, bu addım vətəndaşların hüquqi yardım almaq imkanlarını məhdudlaşdıracaq.

Tədbirdə hüquqşünaslarla yanaşı vəkillər də iştirak edib. Vəkil Xədicə Şirinova qeyd olunan layihənin onu çox narahat etdiyini və bunun ciddi fəsadlarının olacağını bildirdi. O, xüsusu ilə layihədə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkili ola bilər əlavəsinin əlavə problem yaradacağını qeyd edib. 

Daha sonra digər hüquqşünaslar çıxış ediblər.Onların sözlərinə görə, bu gün Azərbaycan məhkəmələrində 370.000 işə baxılır. Nümayəndələr bu işdən kənarlaşdırılsa, bunun nəticəsinin heç də ürək açan olmayacağını qeyd etdilər.

Tədbirin sonunda hüquqşünaslar Nümayəndəlik İnstitutunun ləğvi ilə bağlı qanun layihəsinin Milli Məclisin müzakirəsindən çıxarılması üçün Prezident İlham Əliyevə müraciət ediblər.(femida)

Məqalədə : Hüquqşünaslar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru