Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 Oktyabr

2017
09:25
702
Məhkəmədə təmsilçilik qaydaları dəyişdirilir

Məhkəmədə təmsilçilik vasitəsilə işin aparılması qaydaları dəyişdirilir.

Bununla bağlı Mülki Prosessual Məcəlləyə dəyişiklik təklif edilir.

Məcəllənin 69-cu maddəsinin (Təmsilçi  vasitəsi ilə işin aparılması) I bəndinə edilən dəyişikliyə görə, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş vəkili vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.

Məcəllənin 69.2-ci maddəsi isə yeni redaksiyada təklif edilir.

Hüquqi şəxslər məhkəmdə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş salahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş öz işçiləri olan nümayəndələri və ya vəkil vasitəsi ilə təmsil olunurlar.

Hüquqi şəxsin nümayəndəsi səlahiyyətlərini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraataı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından prosessual hərəkətləri həyata keçirə bilər.

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 31-də keçiriləcək iclasında müzakirə ediləcək.

Məqalədə : Məhkəmə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru