Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2017
14:31
1501
Vəkillər Kollegiyasına qəbulda keçid balı aşağı salınır

“Azərbaycan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul qaydaları sadələşdirilməlidir”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

O bildirib ki, Vəkillər Kollegiyasına üzv olmaq üçün nəzərdə tutulan 60 keçid balı aşağı salınmalıdır: “Test imtahanından 60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılırlar. Bunu təklifi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sonuncu iclasında da səsləndirdim. Vəkillər Kollegiyasının nümayəndəsi də bildirdi ki, qəbul balı 40-a da endirilə bilər, biz buna etiraz etmirik”.

T.Kərimlinin sözlərinə görə, vəkillərin sayı artırılmalıdır ki, nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması əngəl yaratmasın.

Məqalədə : Vəkillər Kolleqiyası 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-04-2018 00:59

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status