Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

27 Oktyabr

2017
20:15
876
Kataloniya müstəqiləm dedi; Rəsmi Madrid muxtar vilayət statusunu ləğv etdi

Bu gün Kataloniya parlamentində regionun İspaniyadan ayrılaraq, müstəqillik elan edilməsi barədə Bəyannamə müzakirə olunub.

FaktXəbər-in RİA Novostiyə istinadən məlumatına görə, bu barədə Kataloniya parlamentinin səbri Karme Forkadel bildirib. Kataloniya parlamenti səs çoxluğu ilə müstəqilik haqqında Bəyannaməni qəbul edib.

Deputatlardan 72-si Müstəqillik Bəyannaməsinin lehinə, 10-u əleyhinə səs verib, 2 nəfər səsvermədə iştirak etməyib.  

Qeyd edək ki, İspaniya baş naziri Mariano Rajoy səsvermədən əvvəl İspaniya senatından Madrid Karles Puçdemonu vəzifəsindən uzaqlaşdırmaq üçün səlahiyyət verilməsini istəmişdi.

FaktXəbər-in "Anadolu" Agentliyinə istinadən verdiyi məlumata görə isə, İspaniya Senatında keçirilən sessiyada Kataloniyanın muxtar vilayət statusu ləğv edilib. Həmçinin hökumətin keçirilən fövqəladə toplantısında da Kataloniya parlamenti buraxılıb.

Kataloniya Muxtar Vilayətinin bütün səlahiyyətləri İspaniya mərkəzi hökumətinə verilib. 

Qeyd edək ki, Kataloniyada oktyabrın 1-də müstəqilliklə bağlı “referendum” keçirilib. İspaniya hökuməti, BMT-nin üzvü olan dövlətlər, Avropa İttifaqı və BMT referendumun nəticələrini tanımayıb. İspaniya hökuməti oktyabrın 21-də Kataloniya Muxtar Vilayətinə qarşı ölkə konstitusiyasının 155-ci maddəsinin tətbiq olunması haqqında qərar qəbul edib. Həmin maddəyə əsasən, Kataloniyanın bütün rəhbərliyi hakimiyyətdən kənarlaşdırıla, bütün səlahiyyətlər Madrid tərəfindən təyin olunmuş nümayəndəyə keçə və bundan sonra Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:45

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru