Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

27 Oktyabr

2017
15:40
4965
Nazir: Müəllimlərin işdən ayrılmadan təlimlərə cəlbi vacibdir

Müəllimlərin işdən ayrılmadan təlimlərə cəlbi vacibdir. Bunu təhsil naziri Mikayıl Cabbarov müəllimlərin dövlət təltiflərinin təqdimetmə mərasimində çıxışı zamanı deyib.

M.Cabbarov deyib ki , bunun üçün distant ixtisasartırma proqramı hazırlanaraq tətbiq edilməlidir.

Bunun qarşıya qoyulan məqsədlərdən biri olduğunu deyən nazirin sözlərinə görə, indiyədək 150 min müəllim diaqnostik qiymətləndirmədən keçib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manat təşkil edib.

Nazirin sözlərinə görə, qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı artır. Bu il 500-dən çox bal toplayan 1359 nəfər müəllimlik ixtisasını seçib.

Nazir əlavə edib ki, bu ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə yeni işə qəbul edilən müəllimlər də diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərə bərabər tutulub. Onların əmək haqqı gələn ildən artırılacaq: "Bu il 49 min müəllim işə qəbul olmaq üçün mərkəzləşdirilmiş imtahanlarda iştirak edib. Bu da son illərlə müqayisədə 3 dəfə çoxdur. Müsabiqə nəticəsində 5600-dən çox müəllim daimi işə qəbul edilib".(Trend)

Məqalədə : Mikayıl Cabbarov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru