Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Oktyabr

2017
12:34
27 oktyabr 3 Milli Qəhrəmanın doğum günüdür

Bu gün Azərbaycanın 3 Milli Qəhrəmanının doğum günüdür.

Elbrus Hacı oğlu Allahverdiyev 1958-ci ildə oktyabrın 27-də Gəncə şəhərində anadan olub. O, 1992-ci ilin mayında leytenant rütbəsində könüllü olaraq cəbhəyə gedib, Ağdam istiqamətində artilleriya batareysının komandiri kimi döyüşlərə başlayıb, sonra divizion komandiri olub, düşmənin onlarla qüvvəsi və texnikasını sıradan çıxarıb, Ağdərə istiqamətində xüsusi sücaət göstərib, 1993-cü il iyunun 16-da Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə 3 dəfə düşmənin hücumlarını dəf edib, yaralanıb və həlak olub. 1994-cü il sentyabrın 16-da Milli Qəhrəman adı verilib.

Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Şəhərin küçələrindən biri onun adını daşıyır.

İqor Vladimiroviç Makeyev 1971-ci il oktyabrın 27-də Gəncə şəhərində anadan olub. O, 1991-ci ildə könüllü olaraq cəbhəyə gedib, Ağdam, Tərtər, Ağdərə istiqamətlərində sücaətlə vuruşub, 1992-ci il avqustun 2-də Ağdərə rayonu ərazisində “Vışka” yüksəkliyi uğrunda döyüşdə pulemyotçu kimi axıra qədər vuruşub, 28 nəfərin mühasirədən çıxmasına şərait yaradıb və qəhrəmanlıqla həlak olub. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adı verilib.

Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Sadıllı qəsəbəsində adına küçə var.

Rafael Əvəz oğlu Əsədov 1952-ci il oktyabrın 27-də Gəncədə anadan olub.

1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olub. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirib. Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq edib.

Rafael Əsədov 1991-ci ildən Ağdam, Goranboy, Tovuz və Gədəbəydə hərbi əməliyyatların fəal iştirakçısı olub.

1992-ci il noyabrın 12-də Ağstafada əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 202 saylı fərmanı ilə Əsədov Rafael Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Milli Qəhrəman 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 06:37



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com