Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

27 Oktyabr

2017
08:16
957
`Amazon`un bu xidməti milyonlarla insanın ürəyincədir - FOTO-VİDEO

“Amazon” internet-mağazası “ağıllı ev” prinsiplərinə əsaslanan “Amazon Key” xidmətini istifadəyə verib. İnnovasiya şirkətin kuryerlərinə məhsulları mənzil sahibi olmadıqda belə evlərə çatdırmağa imkan verir. Bu zaman “Amazon” tam təhlükəsizliyə zəmanət verir.

FaktXəbər-in məlumatına görə, istifadəçi “Cloud Cam” kamerası və “ağıllı” kiliddən ibarət xüsusi “Amazon Key” dəstini əldə edir. Mütəxəssislər bu qurğuları ödənişsiz olaraq mənzildə quraşdırırlar. Bundan sonra istifadəçi evdə olmasa da məhsulları və ya xidmətləri sifariş edə bilir. “Amazon Key”, həmçinin ailə üzvləri üçün kifayət qədər təhlükəsiz “ağıllı” kiliddir.

Qeyd edək ki, yeni klid sistemi həm də siz evdə olmayan müddətdə evə təmizlikçi də çağırmağa imkan verir. Onların evdə nə işlə məşğul olduğunu isə kamera vasitəsi ilə izləyə bilirsiniz.

Yeni xidmət yalnız ABŞ ərazisində tətbiq olunub. Gələcəkdə bu xidmətin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Məqalədə : Amazon 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru