Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2017
15:31
2286
NATO generalı Türkiyəni `S-400` raketləri ilə bağlı hədələyib

FaktXəbər-in "Sputnik" agentliyinə istinadən verdiyi məlumata görə, Şimali Atlantik Müqaviləsi Təşkilatı (NATO) Türkiyə hökumətini Rusiyadan alınacaq "S-400" zenit-raket kompleksi ilə bağlı hədələyib. NATO-nun Hərbi Komitəsinin sədri General Petr Pavel bildirib ki, Rusiyadan alınacaq RƏM sistemi Türkiyənin müttəfiq ölkələrlə birgə hava sistemi yaratmasına əngəl olacaq.

Petr Pavel əlavə edib ki, NATO ilə Türkiyə arasında başqa texniki məhdudiyyətlər də yarana bilər: "Hər bir ölkə özünü müdafiə qərarlarını verməkdə sərbəstdir. Lakin Türkiyənin planlaşdırılan "S-400" raketlərini alması Ankaranın NATO müttəfiqləriylə hər hansı hava müdafiə sisteminin parçası olmasına maneə yaradacaq". 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : S-400 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 19:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com