Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2017
15:06
Cüdoçumuz `Böyük Dəbilqə` turnirində finala yüksəlib

Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində start götürən "Böyük Dəbilqə" turnirində finala yüksəlib. "Report"un məlumatına görə, 29 yaşlı idmançı buna 66 kq çəki dərəcəsində nail olub.

Mübarizəyə 1/16 final mərhələsindən başlayan Şıxəlizadə ilk görüşündə honq-konqlu Yuk Tinq Lini 24 saniyəyə yenib. Ardından o, moldovalı Denis Vieru, gürcüstanlı Vaja Marqvelaşvili və rusiyalı Abdula Abduljalilovu üstələyib. Həlledici görüşdə təcrübəli cüdoçu Tal Flikker (İJF) ilə üz-üzə gələcək.

Bu gün Azərbaycanın daha 3 cüdoçusu tamami üzərinə çıxıb. Vüqar Şirinli (60 kq) 1/16 finalda honq-konqlu Martin Launu yensə də, növbəti görüşündə özbəkistanlı Şarafuddin Lutfullayevə, İlkin Babazadə (66 kq) startdaca monqolustanlı Tumurxuleq Davadorja, Aişə Qurbanlı (48 kq) macarıstanlı Eva Çernoviçkiyə, Nəzakət Əzizova (57 kq) isə böyük britaniyalı Nekoda Smit-Devisə yenilərək, mübarizəni dayandırıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Cüdoçu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 19:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com