Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2017
11:50
İşsizlikdən veriləcək sığortanın büdcəsi açıqlanıb

İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri və xərcləri 89 mln. 40 min manat məbləğində proqnozlaşdırılıb.

Bu, "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənəddə bildirilib ki, gələn il fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar üzrə 17 mln. 726 min 212 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 mln. 726 min 212 manat, digər sığortaedənlər 53 mln. 567 min 576 manat və sair gəlirlərdən 20 min manatlıq daxilolmalar hesabına təmin ediləcək.   

Qanun layihəsində fondun xərclərinin istiqamətləri də açıqlanıb. Belə ki, 2018-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 33 mln. 478 min manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 1 mln. 613 min manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 1 mln. 150 min manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 120 min manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 1 mln. 788 min manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 35 mln. 802 min manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 1 mln. 380 min manat, məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 13 mln. 709 min manatın yönəldilməsi nəzərdə tutulur.

Sənəddə qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək işsizlikdən sığorta fonduna köçürəcək. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Sənəd Milli Məclis plenar iclasında müzakirəyə çıxarılacaq. Parlament qanun layihəsini qəbul etdiyi təqdirdə, sənəd ölkə başçısı tərəfindən imzalanmalıdır.  

Qeyd edək  ki, qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Məqalədə : İşsizlik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 22:11



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com