Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

26 Oktyabr

2017
10:19
1082
Vəkili Şeyx Sərdar Hacıhəsənli ilə görüşüb

“17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli (Babayev) ilə görüşdüm. Səhhəti, ruhiyyəsi yaxşıdır. Saxlanılma şəraitindən narazılığı yoxdur. Bütün dostlara salamları vardır. İstintaq və məhkəmə dövründə ona dəstək olan hər kəsə, media nümayəndələrinə bir daha təşəkkürünü bildirdi”.

Bu barədə Cavad Cavadov özünün Feysbuk divarında yazıb. O, bildirib ki, Şeyx Sərdar  “Sərdar Babayevlə Ali Məhkəməyə verilən kasasiya şikayətini müzakirə edib:

“Gələn həftə onun təqdim olunmasını razılaşdırdıq. Eyni zamanda tərəfimizdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168-1.1. maddəsinin (İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması) Azərbaycan Respublikasının Konstitusiyasına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə (Əsas Qanunun 25, 48, 149.1, həmçinin "İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi " haqqında Avropa Konvensiyasının 9, 14-cu, BMT-nin "Ümumdünya insan hüquqları bəyannaməsi"-nin 18-ci maddəsinə) uyğun olmamasına və qüvvədən salınmasına dair şikayət göndərilir. Ümid edirik ki, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan başqa subyektlər də ölkəmizə baş ucalığı gətirməyən həmin antikonstitusion normanın qüvvədən salınması üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklər".

Qeyd edək ki, ruhani artıq Şüvəlan həbsxanasından Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. 

Məqalədə : Şeyx Sərdar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2018 06:34

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru