Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

26 Oktyabr

2017
09:52
789
Avropa Şurası Azərbaycanla bağlı qərarını dekabra qədər təxirə saldı

Avropa Şurası Nazirlər Kabineti Avropa məhkəməsinin çıxardığı qərarın icra edilməsi üçün Azərbaycan qarşısında qoyduğu vaxtın müddətini dekabırın 5-nə qədər uzadıb. Bu barədə məlumatı hüquq müdafiəçisi Rəsul Cəfərov yayıb. Rəsul Cəfərov yazır ki, Avropa Şurası Nazirlər Kabineti Azərbaycan tərəfini noyabrın 28-ə qədər bu məsələ ilə bağlı öz yazılı mövqeyini bildirməyə çağırır. Həmin vaxta qədər Avropa Məhkəməsinin qərarı icra edilməsə Nazirlər Komitəsi özünün növbəti - dekabrın 5-də keçirilən iclasında Avropa Məhkəməsinə sorğunun göndərilməsinə qərar verəcək. Yazını təqdim edirik:

Bu gün ReAl sədri Ilgar Mammadov-un işi üzrə AŞ NK-si tərəfindən ikinci mühüm qərar verildi. Qərarı belə adlandırmaq olar: Həm sanksiya proseduruna başlanlıb, həm də Azərbaycan hakimiyyətinə Avropa Məhkəməsinin qərarını icra etməyə əlavə imkan yaradılıb.

Qərardan: 

"Avropa Şurası tarixində ilk dəfə işin Avropa Məhkəməsinə göndərilərək qərarın icra edilməməsinin üzv-ölkənin üzərinə götürdüyü öhdəliyi pozub-pozmaması proseduruna start verib və bu barədə Azərbaycan hakimiyyətini rəsmən xəbərdar edib. AŞ NK Azərbaycan tərəfini noyabrın 28-ə qədər bu məsələ ilə bağlı öz yazılı mövqeyini bildirməyə çağırıb. Həmin vaxta qədər Avropa Məhkəməsinin qərarı icra edilməsə Nazirlər Komitəsi özünün növbəti - dekabrın 5-də keçirilən iclasında Avropa Məhkəməsinə sorğunun göndərilməsinə qərar verəcək." Bundan əlavə, qərarda Avropa Məhkəməsi qərarlarının icrası ilə bağlı üzv-dövlətlərin üzərlərinə götürdükləri öhdəliklər, konkret olaraq pozuntunun yaratdığı nəticələri maksimum restution in integrum qaydasında aradan qaldırılması xatırladılır. Bu müddəa ilə İlqara faktiki bəraətin verilməsi istənilir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru