Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Oktyabr

2017
22:28
1338
Dünyanın ən nüfuzlu pasportları – Azərbaycan neçəncidir?

Passport İndex portalı təklif edilən imkanlarına görə dünyanın ən nüfuzlu və zəif pasportlarının indeks siyahısını hazırlayıb.

Reytinqində 199 ölkənin adı yer alıb.

Siyahıda Azərbaycan pasortu nüfuzuna görə 124-cü pillədə yer alıb. Milli pasportumuz 64 ölkəyə vizasız səfər etməyə imkan verir.

Ermənistan pasportu 137-ci, Qazaxıstan pasportu 83-cü, Rusiya pasortu 42-ci, Gürcüstan pasportu 89-cu yerdə qərarlaşıb.

İndeksdə ən nüfuzlu pasport Sinqapura məxsusdur. Bu ölkənin vətəndaşları 159 ölkəyə maneəsiz səfər edə bilər. İlk “onluq”da Almaniya, Cənubi Koreya, Finlandiya, Norveç, İrlandiya, Avstriya, Fransa və İsveçrə yer alıb.

Ən arzuolunmayan pasportları isə Suriya, Pakistan, Efiopiya, Çad, Burundi, Sudan, Eritreya, Mərkəzi Afrika Respublikası, Əfqanıstan və Konqo Demokratik Respublikasının vətəndaşları daşıyır. (Modern.az)

Məqalədə : pasport reytinq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru