Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2017
16:52
Bakı Polisi: Aslan İsmayılov özünü aqressiv aparıb

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) vəkil Aslan İsmayılovun ona qarşı qondarma cinayət işinin açılması və saxta ittiham irəli sürülməsi barədə fikirlərinə münasibət bildirib.

Faktxeber.com məlumat verir ki, BŞBPİ-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il oktyabrın 2-də səhər saatlarında Binəqədi rayon Məhkəməsinin inzibati binasında Bakı şəhər sakini H. Hacıyevə qarşı təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə hakim Rəşad Əliyevin qərarına vəkil Aslan İsmayılov iclas zalında yüksək tonla etiraz edib, yalnız hakimlər üçün nəzərdə tutulmuş qapıdan inzibati binaya keçməyə cəhd göstərib, bu da alınmadıqda üzünə bağlanmış qapıya əli ilə zərbələr endirib.

“Başqa vaxt qanunların aliliyindən danışan, hüquqlarını qoruduğu vətəndaşlara örnək olmalı olan bu şəxs qanunsuz hərəkətlərini məhkəmənin həyətində də davam etdirib, işə baxan hakimin və məhkəmə rəhbərliyinin ünvanına təhqiramiz ifadələr söyləyib”, - deyə məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, Aslan İsmayılovun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, məhkəmənin iş rejimini pozan xuliqanlıq hərəkətləri barədə Binəqədi rayon Məhkəməsinin işçiləri tərəfindən müvafiq akt tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilib.

Toplanmış materiallar əsasında prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə həvalə edilib.

İstintaq zamanı A.İsmayılov və şahidlər dindirilib, hadisə yerinə baxış keçirilib, ekspertizalar təyin olunmaqla müvafiq rəylər alınıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Məqalədə : Aslan İsmayılov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4931

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3348

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2672

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2223
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 09:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru