Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Oktyabr

2017
11:08
1263
Türkiyədə `Türkiye iyi olacak` şüarı ilə yeni müxalifət partiyası yaradıldı

FaktXəbər-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyədə sabiq daxili işlər naziri, Böyük Millət Məclisinin keçmiş sədr müavini Meral Akşenerin başçılığı ilə yeni siyasi partiyanın qurulduğu elan olunub.

Meral Akşener sədri olacağı partiyanın adı “İyi Parti” (Yaxşı Partiya) olacaq partiyasıdır. Partiyanın şüarı isə “Türkiye iyi olacak” şüarıdır.

Yeni partiyanın qurucuları arasında müxtəlif ideoloji istiqamətləri təmsil edən tanınmış şəxslər var. Onların arasında keçmiş nazirlər Suat Çağlayan, Aydın Tümən, Ahat Andican, Abdülkadir Akçan, Ayfer Yılmaz, Türkiyə Jandarma Qüvvələrinin keçmiş komandan müavini, istefada olan general Əli Lapanta, 1996-cı ildə Türkiyə ilə Yunanıstanı müharibənin astanasına gətirən Egey dənizindəki kiçik Kardak adası ilə bağlı gərginlik zamanı adaya çıxaraq oraya türk bayrağı sancan Hərbi Dəniz Qüvvələrinin keçmiş xüsusi təyinatlısı, istefada olan polkovnik Əli Türkşən, Mərkəzi Bankın keçmiş müdiri Durmuş Yılmaz, Aşıq Veysəlin nəvəsi Çiğdəm Özər, eləcə də ilk gündən Meral Akşenerlə birlikdə partiya quruculuğunda iştirak edən millət vəkilləri Ümit Özdağ, Yusuf Halaçoğlu, vaxtilə MHP-nin liderlərindən biri olan Koray Aydın kimi tanımış simalar yer alıb.      

Qurucular arasında daha bir maraqlı sima erməni əsilli türk millətçisi, İstanbulda quru təmizləmə işi ilə məşğul olan Elmas Giraqos adlı şəxsdir.

Məqalədə : Meral Akşener 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru