Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2017
09:52
7926
Sürücülərlə bağlı iki polkovnikin bir-birinə zidd açıqlaması? - VİDEO

Sürücülərin maşın idarə edərkən danışarsa cərimə olunacağı ilə bağlı hələ də gündəmdədir. Maraqlıdır ki, bu haqda dövlət qurumunu təmssil edən iki şəxs bir-birinə zidd açıqlamalar verir. 

Bu məsələni ilk dəfə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov gündəmə gətirib. Və bir neçə dəfə ayrı-ayrı saytlara açıqlama verərək bu cərimələrin tətbiq olunacağını, bu tələbin  qanunda nəzərdə tutulduğunu deyib.

Bununla bağlı isə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev həmkarının əksinə açıqlamalar verib. O, danışmağa görə heç kimin cərimə olunmayacağını bildirir. Sonuncu dəfə olaraq isə K. Əliyev bu haqda AzTV-nin efirində danışıb. Əliyev Vaqif Əsədovun gündəmə gətirdiyi bu mövzuda saytları da ittiham edib. Amma maraqlıdır ki, eyni dövlət qurumunu təmsil edən iki şəxsin bir-birini təkzib edən açıqlamalar verməsinə səbəb nədir? Oxucu onlardan hansının dediyinə inanmalıdır?

Adıçəkilən şəxslərin bir-birinə ziddi iki açıqlamasını oxucuların diqqətinə təqdim edirik:

Vaqif Əsədov: “Nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıracaq hərəkətlərin edilməsi qanunla qadağandır. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək, hərəkət zamanı sükanı əlindən buraxmaq qadağandır. Bundan başqa, sükan arxasında su içmək və şüşəsini avtomobildən kənara atmaq, musiqiyə səs verib nəqliyyat vasitəsinin şüşələrini aşağı salmaq da qadağandır və cəriməsi var. Əgər sürücü bu qaydalara əməl etməsə, qanunla 40 manat cərimələnəcək. Ümumiyyətlə, sürücülər avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlər etməməlidir. Çünki bu, qəzalara səbəb olur”.

Kamran Əliyev: “Bir daha bildiririk ki, sükan arxasında su içmək, danışmaq, musiqiyə qulaq asmaq qanunla qadağan deyil. Heç kimə buna görə cərimə tətbiq edilməyib və edilməyəcək. Əgər kimsə belə bir hal ilə qarşılaşıbsa o zaman bizə müraciət etsin, məsələ araşdırılsın”.

Oxuculara bir məsələni də xatırlatmaq yerinə düşərdi. Bir müddət əvvəl avtokreslo ilə bağlı məsələ gündəmə gələn zaman da K. Əliyev və V. Əsədov bir-birinə zidd açıqlamalar verməklə bir müddət medianın gündəmində qalmışdılar.

K. Əliyevin bu haqda AzTV-yə verdiyi son açıqlamanı da oxuculara təqdim edirik:

Məqalədə : Sürücülər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
154

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
79

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
159

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
101

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
111

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
99

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
118
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 18:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru