Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Oktyabr

2017
15:52
1113
Natiq Cəfərli: `Bitkoindən terrorçuların maliyyələşdirilməsi üçün istifadə edilir`

Son zamanlar iqtisadi terminlər siyahısına yeni bir söz də əlavə olunub: Bitkoin. Bu gün dünyada birja xəbərləri siyahısında bu virtual pul vahidi barədə də məlumatlar öz əksini tapır. Bəs görəsən bitkoin nədir? Ondan necə və hansı məqsədlərlə istifadə olunur.

FaktXeber.com məsələ ilə əlaqədar iqtisadçı ekspert Natiq Cəfərlidən münasibət öyrənib.

Ekspert bitkoinin sadə dillə desək, böyük rəqəmsal şifrədən ibarət elektron pul olduğunu dedi və bir mərkəzdən idarə olunmadığını vurğuladı:

«Müxtəlif insanların, şirkətlərin rəqəmsal kod almaq yolu ilə bitkoin istehsal etmək və bazara çıxarmaqla geişləndirilir. Mərkəzi nəzarət olmadığından və funksional olaraq bu nəzarət mexanizmlərinin bu günə qədər yaradılması ehtimalı zəif olduğundan, hələlik burda çox ciddi spekulaktiv hərəkətlər var». 

Ekspert bildirdi ki, media tərəfindən buraxılan və müzakirə edilən məsələlər görə, bitkoinin qiyməti heç bir iqtisadi məntiqə sığmadan artır:

«Bu qlobal piramidanın yaranması ehtimalını da özü ilə bərabər gətirir. Hətta Rusiya prezidenti Vladimir Putin bununla bağlı çıxış edib, Ərəb əmirliyin iqtisadiyyat naziri əndişələrini dilə gətirib. Əslində, mərkəzi nəzarət funksiyaları olmayan və heç bir dövlət tərəfindən tənzimlənməyən bu kriptovalyutanın böyük bir piramida olması ehtimalı da var».

İlin əvvəlindən bəri qiymətlərin çox kəskin artdığını bildirən iqtisadçı bununla belə, hər şeyin KİV-dən asılı olduğunu dedi:

«Elə bir zaman gələ bilər ki, bir neçə neqativ xəbərlər çıxdıqdan sonra onun qiyməti kəskin şəkildə enər. Hələlik bu valyutanın gələcək taleyi ilə bağlı optimist danışmağa imkan yoxdur. Çünki mərkəzləşdirilmiş nəzarət mexanizmləri yaradılmadan, bu valyutanın gələcəyi olmayacaq. Qiyməti necə kəskin artıbsa, o qədər kəskin də düşə bilər.»

Bəs dünya ölkələrin bundan imtina etməsinə səbəb nədir

Natiq Cəfərlinin sözlərinə görə, əsas əndişə ondan ibarətdir ki, bu valyutadan dünyada terrorizm və narkotiki maliyyələşdirən mafioz qruplar istifadə edir:

«Nəzarətsiz olması, kriptovalyutanın narkotrafikin və terrorun maliyyələşməsində, dəstəklənməsində iştirakı ehtimalını yüksəldir. Bunu nəzərə alaraq dünya dövlətləri bu valyuta növünə çox ehtiyatla yanaşmağı tövsiyə edirlər».

Məqalədə : Bitkoin Natiq Cəfərli 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru