Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Oktyabr

2017
14:06
1293
Təhsil Naziri doktorantura və magistratura ilə bağlı əsas problemi açıqlayıb

Təhsil naziri Azərbaycanda doktorantura və magistratura təhsili ilə bağlı əsas problemi açıqlayıb.

"Hazırda Azərbaycanda doktorantura və magistratura pilləsində təhsilalanlarla bağlı əsas problem ondan ibarətdir ki, ali təhsil müəssisələrində elmi kadrların hazırlığı dövlət hesabına deyil, ali məktəblərin öz vəsaiti hesabına həyata keçirilir".

FaktXəbər-in Report-a istinadən verdiyi məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov Doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə yanaşma son illərdə müşahidə edilən bəzi mənfi hallara zəmin yaradır və dövlət siyasətinin prioritetlərini tam şəkildə əks etdirmir.

Tədqiqat fəaliyyətinin təşkili işinə gəldikdə, nazir bildirib ki, bu, universitetlər üçün davamlı şəkildə güclənməkdə olan rəqabətin həlledici amillərindən birinə çevrilir: "Belə ki, dünya reytinq siyahılarının hazırlanmasında istifadə edilən meyarlar arasında tədqiqat fəaliyyəti 20 faiz xüsusi çəkiyə malikdir. "Elm haqqında" qanunun qəbul edilməsi ilə qanunvericiliyə tədqiqat universitetlərinin yaradılması müddəası daxil edilib. Bu statusu qazanan universitetlərə dövlət tərəfindən müvafiq maddi dəstək göstəriləcək. Tədqiqat universitetlərində fundamental və tədqiqi tədqiqatlar aparılmaqla yanaşı, yüksək texnologiyalara əsaslanan elm tutumlu sahələrin kadr və informasiya təminatının həyata keçirilməsi də nəzərdə tutulur". 

Məqalədə : Mikayıl Cabbarov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru