Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Oktyabr

2017
20:52
936
“Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO

Azərbaycanın “Qarabağ” futbol klubunun azarkeşlərini “En ezik kareografi”adlı yazısı ilə təhqir edən “Sabah” qəzetinin yazarı Mövlud Tezel nəhayət üzr istədi.

Bu barədə M.Tezel özünün Tvitter hesabında yazıb.

“Diqqətli oxunursa, yazım sadəcə bu xoreoqrafiya haqqında əyləncəli bir şərhdir. Əgər Azərbaycan xalqını və qarabağlıları üzdümsə, üzr istəyirəm”, - deyə Tezel bildirib.

Xatırladaq ki, Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakata yönəlik təhqiredici yazı ilə çıxış edib. 

Müəllif “En ezik kareografi”  adlı yazısında azarkeşlərimizin A4 formatlı kağıza “Qarabağ” sözü yazmalarını futbol tarixində ən əzik, ən fağır, ən gülməli  görüntü adlandırıb.

Yazarın olaya bu cür yanaşması Azərbaycanda etirazla qarşılanıb. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aşılıb və Türkiyə mətbuatı qınanılıb. 

Bundan sonra Mövlud Tezelin yazısı “Sabah” qəzetinin saytından silinib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru