Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Oktyabr

2017
12:34
1230
Amerikalı milyarder Trampa qarşı impiçment kampaniyası başladıb - VİDEO
Tom Stayer: "O, idarəolunmaz psixdir və əlində nüvə silahı var"

Amerikalı milyarder Tom Stayer ABŞ prezidenti Donald Trampa qarşı impiçment başlatdığını deyib. O, bu barədə hazırladığı video-müraciəti öz bloqunda yerləşdirib.

FaktXəbər-in məlumatına görə, Stayer video-müraciətində bildirir ki, Tramp ABŞ-ın nüvə müharibəsinin kandarına gətirib, FBR-in ədalət mühakiməsinə mane olur, Konstitusiyaya məhəl qoymur, digər ölkələrin hökumətlərindən pul alır və KİV-i bağlamaqla hədələyir.

"Əgər bunlar təhlükəli prezidenti istefaya göndərmək üçün səbəb deyilsə, onda bizim hökumətə nə olub?", - deyə milyarder gileylənir.

Stayer həmçinin Amerika Konqresində Trampın təhlükə törətdiyini bildiklərini söyləyir: "O, idarəolunmaz psixdir və əlində nüvə silahı var". "Bununla yanaşı Respublika Konqresi heç bir tədbir görmür", - deyə milyarder əlavə edir. 

Bundan başqa Stayer Trampın impiçmentinə imza toplamaq üçün sayt işə salıb.

Qeyd edək ki, "Marist Poll" şirkətinin apardığı rəy sorğusunun nəticələrinə görə, 42% ABŞ vətəndaşı hesab edir ki, Tramp tarixə Amerikanın ən pis prezidenti kimi düşə bilər. 

Məqalədə : Tom Stayer 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru