Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2017
11:39
İraq ordusu iki neft yatağını “Peşmərgə”dən geri alıb

İraqın hökumət qüvvələri iki neft yatağını “Peşmərgə”dən geri alıb.

FaktXəbər-in Anadolu Agentliyinə istinadla xəbər verir ki, İraq ordusu mübahisəli bölgələr sırasına olan Mosulun Zummar qəsəbəsi ilə yanaşı iki neft yatağını “Peşmərgə”den geri alıb. Zummar qəsəbəsindəki “Batme” və “Ayn Zale” neft yataqlarına nəzarət orduya keçib. Bununla da, İraq ordusunun nəzarətində olan neft quyularının sayı 44-ə çatıb.

Həmçinin hökumət qüvvələri ötən günlərdə iki neft şirkəti ilə yanaşı, 10-dək xüsusi əhəmiyyət daşıyan neft quyusunu heç bir qarşıdurma yaşanmadan “Peşmərgə”dən geri alıb və quyuların rəsmi Bağdadın nəzarətinə keçməsini təmin edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kərkük 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 06:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com