Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Oktyabr

2017
16:12
Elşən Mustafaoğlu Ali Məhkəməyə verdiyi şikayəti geri götürüb

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ssektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsindəki qərardan verilən kassasiya şikayətini geri götürüb.

Bu barədə E. Mustafaoğlunun vəkili Əfqan Məmmədov məlumat verib. Vəkil bildirib ki, E. Mustafaoğlunun Ali Məhkəməyə verdiyi şikayəti geri götürməsinə səbəb şikayətdə bəzi detalların dəqiqləşdirilməsi olub. Vəkil yenidən şikayətin verilməsini istisna etməyib.

Qeyd edək ki, E. Mustafaoğlu barəsində bəraət hökmünün çıxarılması üçün Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Mustafaoğlu 10 il müddətinə azadlıqdan məhrum edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Elşən Mustafaoğlu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 18:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com