Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Oktyabr

2017
14:55
1659
Məleykə Abbaszadə: `Yeni imtahan modeli ilə bağlı çox sual var`

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı valideynlər və şagirdlərlə görüş Dövlət İmtahan Mərkəzinin bütün regional bölmələrdə keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, yeni imtahan modeli ilə bağlı insanların çoxlu sual var.

Onun sözlərinə görə, bu il IX sinifdə oxuyan şagirdlər buraxılış imtahanlarını yeni model əsasında veriblər, onların müəyyən qədər təcrübəsi var: “Amma bununla yanaşı onların da müəyyən qədər sualları olur. 2 ildən sonra yeni növ buraxılış və qəbul imtahanlarında abituriyentləri, şagirdləri nə gözləyəcəyi ilə bağlı bütün suallara cavab vermək üçün  maarifləndirmə işi bütün regionlarda aparılacaq”.

Məqalədə : Məleykə Abbaszadə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru