Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Oktyabr

2017
14:25
1959
Tahir Kərimli: Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq?

Milli Məclisin bu gün keçirilən iclasında Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan əleyhinə qəbul olunmuş sənədlərə etiraz olunub.

FaktXəbər-in APA-ya istinadən məlumatına görə, deputat Tahir Kərimli AŞPA-da üzvlərini əxlaqsız adlandırıb: “Əgər Avropa Şurası Azərbaycanı öz sıralarından çıxarmaq istəyirsə, onda Azərbaycan özü o qərarı gözləmədən Avropa Şurasından çıxmaq qərarını verməlidir. Avropa bizim nə göy rəngimizi görmək istəyir, nə də yaşıl rəngimizi. Bəs, bizim Qafqaz vüqarımız harada qaldı? Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Kimi azad etməliyiksə, özümüz azad etməliyik, heç vaxt böyük qüvvələrin diktəsi ilə yaşamamalıyıq. Kor-koranə o qüvvələrin qərarlarını icra etməməliyik”.  

Spiker Oqtay Əsədov isə deputatın bu çıxışına reaksiya verib: “Əgər Avropa Şurasına kor-koranə itaət etsəydik, bizə qarşı belə davranmazdılar. Söhbətin kökü erməni diasporunun təsiri və Azərbaycanın tutduğu mövqe ilə əlaqədardır”. 

Məqalədə : Tahir Kərimli AŞPA 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru