Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Oktyabr

2017
14:23
7962
Alimlər xəbərdarlıq edir: “Yaşlılara yer VERMƏYİN!”

Oxsford Universitetindən professor yaşlı insanların oturmaq yerinə ayaq üstə durmağa təşviq edilməsinin bədən sağlıqları üçün  daha yaxşı olduğunu bildirib.

FaktXeber.com-un məlumatına görə, İngiltərə Xalq Sağlamlığı Klinikasının müşaviri Sir Muir Qrey yaşlıların gündə 10 dəqiqə yeriməyə çalışmasını vacibliyini vurğulayarkən, onları liftə minmək əvəzinə pilləkənlə çıxmaq üçün təşviq etməyə çağırıb.

Yaşlılara yer verərkən iki dəfə düşünün

İngiltərənin  The Sun  qəzetinə  müsahibə verən Qrey «Yaş artdıqca hərəkətsizliyi deyil, fiziki  aktivliyi artırmalıyıq», - deyib. 

«Metro və avtobuslarda yaşlılara  yer verərkən iki dəfə düşünün. Ayaq üstə durmaq üçün onlar üçün əla idmandır», - deyə alim sözlərinə davam edib.

Mütəxəssislər  hesab edirlər ki, orta yaşlı və yaşlı insanlar mütəmadi idmanla məşğul olarsa, fiziki olaraq ən az 10 yaş gənc olurlar. Bu, həmçinin  alzeymerin qarşısını alır.

Məqalədə : qoca 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru