Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Oktyabr

2017
11:52
696
UNICEF: Banqladeşə sığınan 320 min uşaq təhlükədədir

Hər gün 1200-1800 arakanlı uşaq  sərhəddi keçərək  Banqladeşə sığınmaq məcğburiyyətində qalır. Son bir neçə gündə isə bu rəqəm 10 minə çatıb.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Birləşmiş Millətlərin Uşaqlara Yardım Fondunun (UNICEF) yayımladığı yeni hesabatda bildirilir. Sənəd Myanmar ordusunun və fanatik buddistlərin müsəlmanlara qarşı zorakılığını bir daha göz önünə gətirib.

Bir müddət əvvəl Banqladeşin Cox's Bazar şəhərindəki çadırları ziyarət edən UNICEF Baş direktoru  Entoni Leyk bildirib ki, burdakılar bir uşağın əsla görməməsi lazım olan vəhşətə şahidlik ediblər və hamısı itirdikləri əzizlərinə görə acılar çəkiblər.

Leyk uşaqların təcili şəkildə  təmiz su, yemək və tibbi ləvazimatlara  ehtiyacı olduğunu vurğulayıb.

O, həmçinin uşaqların psixoloji yardıma da ehtiyacı olduğunu bildirib: «Yaşadıqları bütün acılara qalib gəlmək üçün onların köməyə, təhlsilə, psixoloji dəstəyə və ümidə ehtiyacı var. Bunu edə bilməsək,cəmiyyətə məhsuldar vətəndaş olaraq necə böyüyəcəklər? Bu böhran onların uşaqlıqlarını oğurlayır. Onların gələcəyinin də oğurlanmasına izn verməməliyik»

UNICEF-in hesabatına görə, hazırda Banqladeşə sığınan 582 min arakanlı  müsəlmanın 320 minini uşaqlar təşkil edir.

Çadırlardaki dəhşətli həyat tərzi və su yoluyla keçən xəstəliklərin 320 min uşağı təhlükə altına qoduyğu deyilən hesabatda yetərsiz bəslənmə və vəbanın da onlar üçün böyük risq daşıdığı vurğulanıb.

Məqalədə : UNICEF arakan Myanmar Rohingya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru