Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Oktyabr

2017
10:56
837
ABŞ ilk dəfə olaraq terrorçuların İdlibdə kimyəvi silah istifadə etdiklərini təsdiqlədi

ABŞ Dövlət Departamenti ilk dəfə olaraq terrorçularda nəinki kimyəvi silah olduğunu, həmçinin ondan Suriyanın İdlib şəhərində istifadə etdiklərini təsdiqləyiblər. FaktXeber.com-un verdiyi məlumata görə Rusiya Müdafiə Nazirliyi Amerikanın xarici siyasət qurumunun  bəyanatını şərh edərkən bildirib.

«Sənəddə təfərrüatlı şəkildə bildirilir ki, sözüjedən ərazidə «Cəbhət ən-Nusra» ilə sıx əlaqədə olan «Həyat Təhrir əş-Şam»» terror qruplaşması fəaliyyət göstərir. Onlar atış və ağır silahlandırmadan, əldəqayırma partlayıcı qurğulardan və kimyəvi silahdlardan istiafdə edir», - deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Xatırladaq ki, aprelin əvvəlində Suriyanın İdlib şəhərində Xan Şeyxunda kimyəvi hücum həyata keçirilmişdi. Nəticədə azı 60 nəfər həlak olmuş, 200—dən artıq insan yaralanmışdı.

Müdafiə qurumu həmçinin Rusiya HKQ tərəfindən İdlibi bomardman edilməsi barədə ABŞ-ın bəyanatını da təkzib edib. Onlar bildirib ki, Suriyada fəaliyyət göstərən Rusiya aviasiyası ABŞ və kralisiya  qüvvələrindən fəarqli olaraq yaşayış məntəqələrini bombardman etmir.

Xatırladaq ki, dünən ABŞ Dövlət Departamenti Suriyaya getməkdən çəkindirərək, rusiya və Suriya qüvvələrinin  İdlibdə aviazərbələrə davam etdiyini bildirmişdi.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru