Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Oktyabr

2017
10:57
1737
Məşhur ispan nəşri səfirliyin iradından sonra `Qarabağ`la bağlı səhvini düzəltdi - FOTO

İspaniyanın məşhur "Mundo Deportivo" idman nəşri kobud səhv buraxıb. Nəşr "Atletiko"nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu" adlandırıb.

""Çolo"nun uşaqları ("Atletiko"nun baş məşqçisi Dieqo Simeonun ləqəbi - qeyd.) ötən gecə erməni "Qarabağ"ına qarşı oynadı - hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq "Atletiko" qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını məyus etdi", - yazıda bildirilir.

Yazı dərc olunduqdan Azərbaycanın İspaniyadı səfirliyi redaksiya ilə əlaqə saxlayıb və "Qarabağın" Azərbaycan klubu olması ilə bağlı iradını çatdırıb. Redaksiya isə səhvə görə üzr istəyib və drhal həmin səhv aradan qaldırılıb.

Xatırladaq ki, "Qarabağ"-"Atletiko" matçı - çərşənbə günü Bakı Olimpiya Stadionunda oynanılıb və qolsuz bərabərliklə yekunlaşıb.

Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru