Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Oktyabr

2017
10:43
1758
İraq ordusuna `Gəlsələr görərlər` deyərək qaçan qubernator ortaya çıxdı

FaktXəbər-in verdiyi məlumata görə, Kərkük vilayətində separatçılığı yayan və mərkəzi hökumətə tabe olmayan sabiq qubernator Nəcməddin Kərim ortaya çıxıb. Kərkük əməliyyatından əvvəl İraq hərbçilərinə "Gəlsinlər günlərini görərlər" deyərək meydan oxuyan qubernator "Bloomberg"ə müsahibə verib. 

İraq ordusunun vilayətə girməsindən əvvəl oradan qaçan Nəcməddin Kərim Kərkükü itirməsinə görə Sabiq prezident Cəlal Tələbaninin ailə üzvlərini günahkar görüb: "Tələbani ailəsi İranın İnqilab Keşikçilər Korpusuna bağlı "Qüds" elit briqadasının komandiri Qasım Süleymanı ilə razılığa gəlib. Kərkük əməliyyatından bir gün əvvəl Tələbaninin böyük oğlu Bafel, qardaşı oğlu Lahur və onun böyük qardaşı Araz Şeyx Cəngi Qasım Süleymani ilə bir araya gəlmişdi. Bu görüşdən sonra Tələbani ailəsi İraq mərkəzi hökuməti ilə razılaşdı. İraq təhlükəsizlik qüvvələri Kərkükün mərkəzinə daxil olarkən "Peşmərgə" onlara müqavimət göstərmədi. Barəmdə həs qərarı çıxdığı üçün Kərkük əməliyyatından sonra evimi tərk etdim".

Qeyd edək ki, Nəcməddin Kərim Kərkük əməliyyatından bir müddət əvvəl İraq ordusuna meydan oxuyaraq, "Gəlsinlər günlərini görərlər" ifadəsini işlətmişdi. Referendumun ən alovlu tərəfdarlarından olan sabiq qubernator Kərkük Vilayət Məclisində türkmənləri və ərəbləri nəzərdə tutaraq, "Referendumdan sonra hamısını qovacağıq",-deyə bildirmişdi.

Məqalədə : Kərkük 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru