Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Oktyabr

2017
10:21
1074
Gürcüstanda deputatlığa namizəd AZƏRBAYCANLI və onun ailə üzvü GÜLLƏLƏNİB

Gürcüstanın  Marnueli rayonunda azərbaycanlıların yaşadığı Qızılhacılı rayonunda atışma nəticəsində 4 nəfər yaralanıb. FaktXeber.com-un məlumatına görə, bu barədə Rustavi-2 telekanalı xəbər yayıb.

Məlumatda deyilir ki, insident oktyabrın 19-da saat təqribən 23 radələrində «Gürcüstan arzusu» partiyasının ofisinin yanında baş verib.  Şahidlər odlu silahdan açılan azı 10 atəş səsi eşitdiklərini bildiriblər.

Son məlumatlara görə, yaralılardan ikisi hakim partiyadan olan  dupetatdır. 

«Gürcü arzusu» Seçki  Qərargahının rəhbəri Amiran Qiorqadze Gürcüstan İctimai Televiziyasına bildirib ki, hadisə nəticəsində hakim partiyadan sakrebuloya majoritar deputatlığa namizəd  Ceyhun Çovdarov da yaralanıb. 

Məlumata əsasən Ceyhun Çovdarovun  dostları Anar Məmimşov, Vüqar Bayramov və qaynatası Azad Çobanov da güllə yarası alıblar.

Yaralıların hamısı Marneuli xəstəxanasına gətirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu və bununla əlaqədar reanomobildə Tblisi xəstəxanasına çatdırılacağı bildirilir .

Hadisə ilə əlaqədar «qəsdən ağır xəsarət yetirmə» maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, şənbə günü Gürcüstanda yerli hökumət orqanlarına seçkilər keçiriləncək. Vətəndaşlar şəhər, rayon merləri və sakrebuloya (bələdiyyə qanunverici orqanı) deputatlar seçəcəklər.

Məqalədə : Gürcüstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru