Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Oktyabr

2017
09:51
987
Yeni il bayramına əfv gözlənilir - Rəsmi açıqlama

Yaxın günlərdə olmasa da, Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamı imzalana bilər.

Bu barədə Modern.az- Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.

O qeyd edib ki, ölkə başçısının qərarı ilə imzalanacaq növbəti əfv sərəncamı ilə həmişəki kimi daha çox ailə sevinəcək:

“Hələlik Komissiyanın iclasları keçirilməyib. Bir qayda olaraq iclaslar həmin ərəfələrdə başlanır. Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları, müdafiə və təhlükəsizlik məsələləri üzrə şöbəsinin əfv sektoru və Əfv Komissiyasının Katibliyinə müraciətlər daxil olmaqdadır. Hazırda məlumatların emalı və iclaslara qədər sənədlərin tam hazırlanması prosesi gedir.

Müraciətlər həm məhkumlar, həm vəkilləri, həm nümayəndələri, həm ailə üzvləri, həm də qeyri-hökumət təşkilatları tərəfindən daxil olur. Müraciətlər araşdırılır, müvafiq rəylər alınır, Komissiyanın iclaslarına hazırlanır. Hər bir müraciətlə bağlı arayış hazırlanır və cənab sədrə təqdim edilir. Sədrin imzası ilə müraciətlərə baxılmağa başlayır”.

Ə.Nuriyev bir daha vurğulayıb ki, əfv sərəncamının imzalanması prezidentin səlahiyyətindədir.

Məqalədə : Yeni il bayramı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru