Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2017
15:30
Bakıda 70 nəfər avtoxuliqanlığa görə məsuliyyətə cəlb olunub

Bu ilin 9 ayı ərzində Bakıda baş vermiş 450 yol-nəqliyyat hadisəsində 139 nəfər ölüb, 392 nəfər xəsarət alıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8,2%, xəsarət alanların sayı isə 23,9% azalsa da, ölənlərin sayı 0,7% artıb.

Yol hərəkətinə nəzarət prosesində 14,4% çox və ya 648.897 (+81.911), o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 396.286 (-54.037,  450.323), ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 19.498 (+13.248, 6.250), nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 1.986 (-1.295, 3.281) inzibati xəta aşkar edilib.

Nəticədə həm ümumi qayda pozuntularının aşkarlanması (0,6), həm də kobud qayda pozuntularının aşkarlanması (0,3) artıb, habelə 70 (49) avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Müşavirədə həmçinin qeyd olunub ki, bütövlükdə inzibati xətaların profilaktikası, onları törətmiş şəxslərin məsuliyyətə cəlb olunması sahəsində fəaliyyət gücləndirilib. Polis sahə rəisləri və inspektorları tərəfindən 48.795 (+1.072, 47.723) protokol tərtib olunub, əlaqələrində olan 966 inanılmış şəxsdən 6.612 məlumat alınıb, 933 (+268, 665) münaqişəli ailə profilaktiki uçota götürülüb.

Məqalədə : avtoxuliqan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43215

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41523

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43113

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42602

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48124

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42646

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43029
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2020 14:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru